"Qarabağ" və "İnter" qalib gəldi, Sumqayıtda bərabərlik
19 dekabr, 2014 14:46
Qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma keçirilib.
Günün ilk oyunu Sumqayıtda baş tutub. Burada “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla xalla tərk ediblər - 1:1.
Turun ən maraqla gözlənilən matçı isə Lənkəranda oynanılıb. Burada lider “Qarabağ” “Xəzər Lənkəran”ın qonağı olub. Bolqollu keçən oyun Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Digər görüş Bakıda keçirilib. Paytaxt derbisində “İnter” “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "İnter" ikinci hissədə vurduğu iki qolla görüşdən qalib ayrılıb - 2:1.