Xəbərlər

Fəxri ad alan Məlahət Abbasova: “Hələ də şokdayam”
19 dekabr, 2014 14:45

20 ildən çoxdur İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kimi fəaliyyət göstərən sənətçimiz bu gözlənilməz xəbərdən çox xoşbəxt olduğunu “Facebook” sosial şəbəkəsi vasitəsilə bildirib. 

Aktrisa sevincini dostları ilə bölüşüb:

“Canlarım, hələ də şokdayam. İstanbul şəhər Bələdiyyə Teatrının gözəl insanları, dostlarım, canlarım, çox xoşbəxtəm. Bu gün sənətin və sənətkarın yanında olan, onlara dəstək çıxan, ölkənin ən çətin vaxtlarında onları bir an belə tək buraxmayan, hər addımda varlığını hiss etdirən Azərbaycanın prezidenti İlham Əliyev cənabları Vətənimdən uzaqlarda olsam da, məni əməkdar incəsənət xadimi fəxri adına layiq görüb.

Artıq 24 ildir bu teatrda çiyin-çiyinə çalışırıq. Bu ada layiq görülməyimdə Bələdiyyə Teatrının, siz dəyərli sənət dostlarımın çox böyük əməyi, qatqısı var. Bu mərtəbəyə məni sizlər çıxardınız. Vətənimdən uzaqlarda sıfırdan başladığım sənət yolumda sizin sevginiz, anlayışınız, dəstəyiniz sayəsində bu mərtəbəyə gəldim. Məni təkrar yoxdan var etdiniz. Sənət adına bərabər addımladığımız bu yolda, yaxşı və pis gündə daima yanımda olub, mənə dəstək olan sizlər - dəyərli dostlarım qarşısında sayğı ilə baş əyirəm. Hamınızı sevirəm. Sizlər mənə Allahın bir lütfüsünüz”.

Qeyd edək ki, Azərbaycan tamaşaçısı Məlahət Abbasovanı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin motivləri əsasında ekranlaşdırılan eyniadlı film-tamaşadakı Nargilə rolu ilə tanıyıb. Ata qayğısından məhrum olan, atalığının təkidi ilə anası tərəfindən evdən çıxarılan Nargilənin zavod direktoru Həsənzadəyə olan qarşılıqsız məhəbbətindən bəhs edən iki hissəli tamaşada yaratdığı bu obraz gənc Məlahətə böyük uğur və məşhurluq gətirib.

1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə quran və İstanbulda yaşayan Məlahət Abbasova aktrisalıq fəaliyyətini də orada davam etdirib. İstanbul şəhər Bələdiyyə Teatrının aktrisası və rejissoru kimi çalışan sənətçi bu teatrın səhnəsində bir çox rollar yaradıb. Hazırda Hüseyn Cavidin “İblis”, “Kitabi-Dədə Qorqud” əsərləri üzərində çox ciddi şəkildə çalışır.

Məlahət Abbasova “Sürəyya”, “Hüzün çiçəyi” , “Həyatın içindən”, “Köpək”, “Min bir gecə”, "Mahmud və Məryəm" və s. türk serialları və filmlərində yaratdığı obrazlarla da sevilib. Xatırladaq ki, "Mahmud və Məryəm" Türkiyə və Azərbaycan arasında baş tutan ilk müştərək kino layihəsidir.

Türkiyədə bir sıra işlər görən Məlahət xanım İstanbula iş axtarmağa gedən və orada ailə qurub yaşayan azərbaycanlı qızdan bəhs edən “Yaxşı Cazibə” serialında danışman olub. Bundan başqa, o, Azərbaycan dramaturqlarının, eləcə də Elçinin üç əsərini türk dilinə çevirib. “TRT Avaz”da “Aşkın pusulası” adlı verilişə aparıcılıq edib.

Tanınmış sənətçi qazandığı uğurları ilə bağlı Türkiyədə dəfələrlə mükafatlara layiq görülüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.