Xəbərlər

Azərbaycan alimlərinin I Qurultayı keçirilir
19 dekabr, 2014 14:44

Qurultaya Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər qatılıblar.

AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk əvvəl Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

Daha sonra isə AMEA prezidenti, akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.

Təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da tədbirdə məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, qurultayın sonunda Azərbaycan Alimlərinin I qurultayının Bəyannaməsi qəbul olunacaq. Qurultay iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət ünvanlanacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.