Xəbərlər

Bu il Azərbaycanda 72 turizm şirkətinə lisenziya verilib
19 dekabr, 2014 14:40

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, şirkətlərdən 71-i Bakı şəhəri, 1-i isə Gəncə şəhəri ərazisində yerləşir: “Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şirkətlərin sayı 276-dır.

Bu şirkətlərin təqribən 35%-i gəlmə və daxili turizm, 65%-i isə getmə turizm növü ilə məşğul olur. 2013-cü ilin analoji dövrü (241 şirkət) ilə müqayisədə lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayında 14,5% artım müşahidə olunub”.


Nazirlikdən əlavə ediblər ki, bu il turizm şirkətlərində çalışan işçilərin sayı təqribən 1600 nəfər olub: “2014-cü ilin I yarımillik statistik məlumatlarına əsasən turizm məhsulunun, göstərilən xidmətlərin satışından əldə olunan gəlir (ƏDV və digər rüsumlar daxil olmadan) 16 milyon AZN-dən artıq təşkil edib. Bu da keçən ilin analoji dövrü (14 milyon AZN) ilə müqayisədə 14,3% çoxdur. Turizm şirkətləri tərəfindən büdcəyə edilmiş ödənişlərin məbləği (2 milyon AZN) isə keçən ilin analoji dövrü (1,3 milyon AZN) ilə müqayisədə təqribən 53,8% çox olub. 

Nazirlik olaraq qış mövsümü ərəfəsində turistlərin nəzərinə çatdırırıq ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.