Xəbərlər

Londonda Vaqif Mustafazadəyə həsr olunan konsert keçirilib
18 dekabr, 2014 19:08

Bəstəkar, caz-muğam janrının banisi və ən nəhayət, əməkdar incəsənət xadiminə həsr olunan tədbir “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Londonun məşhur “Mərkəzi Vestminster” salonunda təşkil edilən gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Vaqif Mustafazadənin uğurlu sənət yolu haqqında məlumat verib. Qeyd edilib ki, Vaqif Mustafazadənin şöhrəti vəfatından sonra da dünyaya səs salmaqda davam edib. 

O, Dövlət mükafatı laureatı adına layiq görülüb. 1964-cü ildən "Orero" ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub. Vaqif Mustafazadənin nadir muğam-caz sintezi Azərbaycan musiqisinə yeni bir janr gətirib.

Vaqif Mustafazadə sənətinin Şərq və Qərb musiqisinin sintezini caz janrında ecazkar təcəssüm etdirən qızı Əzizə Mustafazadə tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

“Buta” Festivalının növbəti tədbirləri haqqında məlumat verən N.Piriyev iştirakçılara xoş gecə keçirməyi arzu edib.

Sonra gecədə cazın “Azərbaycanlı şahzadəsi” kimi tanınan Əzizə Mustafazadə özünün bəstələdiyi musiqilərlə yanaşı, klassiklərin əsərlərini də ifa edib. Caz ustasını məşhur musiqiçilər Ralf Cetto və Simon Zimbardo müşayiət ediblər. Onun ifasındakı muğam-caz sintezi tamaşaçıların böyük rəğbətini qazanıb.

Daha sonra görkəmli saksafon ifaçısı İqor Butman və gürcü müğənnisi və bəstəkarı Nino Katamadze musiqiçilər Tamaz Kuraşvili (bas), David Abuladze (nağara), Zura Ramişvilinin (pianino) müşayiəti ilə gecəyə rəng qatıblar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.