Firəngiz Əlizadə “Grammy” mükafatına namizəddir
18 dekabr, 2014 19:05
Namizədlər arasında dünya şöhrətli azərbaycanlı bəstəkar Firəngiz Əlizadə də olub.
İrəli sürülən digər iki namizəd amerikalı bəstəkar Lera Auerbax və Meçislav Vaynberqdir.
Bəstəkar bu xəbərdən məmnunluq hissi keçirdiyini bildirib:
“Mən bu şad xəbəri “Hans Sikorski” Yayım Evinin xəbər lentindən oxudum. Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm. Lakin 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam.
Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, mənim musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”.