ABU-nun saxta diplomları hələ də satılır
18 dekabr, 2014 19:02
Daxili İşər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Nuriyev Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya 7000 ABŞ dollarına satarkən saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, Azərbaycan Beynəlxalq Universiteti 2010-cu ildə fəaliyyətini dayandırıb.