Putin: “Ərdoğan Qərbin sanksiyalarına qoşulmayacağına söz verib”
18 dekabr, 2014 18:58
O, bunu dekabrın 18-də keçirdiyi böyük mətbuat konfransında türk jurnalistin “Putinin Ankaraya səfərindən sonra “avropalı bürokratlar”ın çıxıb getməsi barədə sualına cavab verərkən bildirib.
“Mən Türkiyədə olanda Ərdoğana da dedim: bəlkə bəzi şeyləri deməyəsiz, qazları acıqlandırmayasız, yoxsa səhəri gün uçub gedərlər. Lakin cənab Ərdoğan - o belə möhkəm kişidi – dedi: xeyir, deyəcəyik. Gizlətməli bir şey yoxdur”.
Putinin sözlərinə görə, Rusiyanın Türkiyə ilə regionda üst-üstə düşən çox maraqları var.
“Bundan savayı, Türkiyənin fəal iştirakı olmadan bəzi məsələləri həll etmək, sadəcə mümkünsüzdür”, - deyə o əlavə edib.
Şimali Kiprin beynəlxalq səviyyədə tanınmasına Rusiyanın mümkün köməyi ilə bağlı məsələyə isə Putin belə aydınlıq gətirib:
“Moskva balanslaşdırılmış mövqe tutmağa çalışır. Rusiyanın Türkiyə ilə və əlbəttə ki, bu Şimali Kiprə də aiddir, xoş münasibətləri var. Lakin Yunanıstanla da xüsusi münasibətlər mövcuddur. Moskva münaqişə tərəflərinə hər iki tərəfi qane edəcək həll yolunun tapılmasında yardım etməyə çalışacaq. Həll yolunu tərəflər özləri tapmalıdırlar”.