Çempionlar Liqasında püşk atıldı
16 dekabr, 2014 13:35
İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə püşkatma nəticəsində maraqlı cütlüklər yaranıb.
Turnirin son qalibi “Bavariya” Ukrayna təmsilçisi “Şaxtyor”u sınağa çəkəcək.
ÇL-də ötən il final oynamış, lakin bu il əvvəlki gücündə olmayan “Dortmund” isə “Yuventus”a rəqib olub.
Digər oyunlar aşağıda qeyd edilib.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları fevralın 17-18-də və 24-25-də, cavab matçları martın 10-11 və 17-18-də keçiriləcək.
PSJ (Fransa) - “Çelsi” (İngiltərə)
“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya)
“Bayer Leverkuzen” (Almaniya) - “Atletiko Madrid” (İspaniya)
“Yuventus” (İtaliya) - “Borussiya Dortmund” (Almaniya)
“Şalke” (Almaniya) - “Real Madrid” (İspaniya)
“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)
“Arsenal” (İngiltərə) - “Monako” (Fransa)
“Bazel” (İsveçrə) - “Porto” (Portuqaliya)