Azərbaycan əhalisinin sayı açıqlanıb
16 dekabr, 2014 12:48
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin sayı ilin əvvəlindən 97,2 min nəfər və ya 1,0 faiz artıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.
Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir.