Saytına istinadən yaydığı xəbərə görə, komandaya ukraynalı Roman Qrikorçukun rəhbərlik edəcəyi gözlənilir. Onunla gələn mövsümün sonunadək müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Qriqorçuk bu gün Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Qarabağ” oyununu stadiondan izləyib.
Matçdan sonra “Qəbələ”nin vitse-prezident Fariz Nəcəfov da bildirib ki, Qrikorçukla danışıqlar davam edir: “Hələlik razılaşdırılmamış bəzi məsələlər qalıb. Amma yəqin ki, komandaya o rəhbərlik edəcək. Qrikorçuk artıq “Qəbələ”nin şəraiti ilə tanış olub və hər şeydən razı qalıb”.
Qeyd edək ki, R.Qrikorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” komandalarını çalışdırıb. Onun son komandası Odessanın “Çernomorets” klubu olub.
Qrikorçukun ən ciddi uğuru Latviyada qazanıb. Onun rəhbərliyi altında "Dinaburq" üç dəfə (2006, 2007, 2008) Latviya çempionu, iki dəfə (2005, 2007) ölkə kubokunun qalibi adına yiyələnib. Ukraynada isə ötən mövsüm "Çernomorets" onun rəhbərliyi ölkə kubokunun finalçısı olub.