Xəbərlər

"Yeni il"də övladını hara aparmağı düşünənlər oxusunlar!
15 dekabr, 2014 13:46

Teatrdan Gün.Az-a verilən məlumata görə, daim yeni proqramlar, tamaşa və əyləncəli konsertlərlə uşaqların görüşünə gələn teatrın yaradıcı kollektivi bu dəfə də ənənəsinə sadiq qalıb.

Belə ki, dekabrın 26-dan yanvarın 4-dək uşaqlarımız əsl yeni il əhvalında, bayram təntənəsində bir tamaşa izləmək şansı qazanacaqlar.

Teatrın baş rejissoru Qurban Məsimovun maraqlı yanaşması sayəsində bu il də fərqli bir tamaşa -  “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı  səhnə nümunəsi hazırlanır. Əyləncəli tamaşa maraqlı ideyası ilə seçilir. 

Bu barədə rejissorun dedikləri: 

“Tamaşada biz balacalara fərqli qəhrəmanların təqdimatında müsbət və mənfi keyfiyyətlər, onların pis nəticələri, daha doğrusu, yaxşılıq etməyin vacibliyini aşılamağa çalışmışıq. Əsas obrazlarımız Tıq-Tıq və Taq-Taq yeni il şənliyinə hazırlaşırlar. Bunun üçün artıq müəyyən tədarük də görüblər. Amma hiyləgər tülkü və küpəgirən qarı onların şənliyinə mane olmaq istəyir. Buna görə də Nakaş və Dakaş adlı iki sadəlövh cini pis əməllərinə alət edirlər. Tıq-Tıqın evinə gələrək ona sehrli almanı yedirir və bütün bayram azuqələrini mağaralarına daşıyırlar. Meşədən şam ağacı gətirməyə gedən Taq-Taq döndüyündə dostunun bu halın görür və köməyə Şaxta babanı çağırır. Onun gəlişi ilə sehr pozulur və hiyləgərlər cəzalandırılır. Pis əməllərindən əl çəkməyə söz verən  hiyləgərlər də şənliyə qatılmaq şansı qazanırlar”.

Beləcə birlikdə əyləncənin gözəlliyi və pis əməllərdən uzaqlaşmaqla daha səmərəli işlərə maraq oyadan 45 dəqiqəlik tamaşa uşaqlara xoş istirahət vəd edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.