Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Ahmed Sami Elaydi Mərkəzinin 15 illik fəaliyyəti haqqında geniş məlumat verib və iki dövlət arasında mədəni əlaqələrinin genişlənməsində böyük rol oynamasından bəhs edib.
Görüşdə Misir Mədəniyyət Mərkəzi və Bakı Qızlar Universiteti ilə birgə tədbirlərin keçirilməsi müzakirə olunub.
Bundan başqa Bakı Qızlar Universiteti ilə Misir universitetləri arasında müqavilələrin bağlanması, misirli elm xadimlərinin məqalələrinin universitetdə nəşr olunan elmi xəbərlər jurnalında dərci, tələbə və müəllim heyətinin mütəmadi olaraq Misir Mədəniyyət Mərkəzini ziyarət etməsi, bir çox sahələri əhatə edən zəngin kitabxanadan istifadə etmələri barədə təkliflər irəli sürülüb.
Hər iki tərəf bu görüşdən məmnunluqlarını ifadə ediblər.