Xəbərlər

Ekspert: “Azərbaycanda evlərin qiymətinin ucuzlaşması davam edəcək”
12 dekabr, 2014 11:52
Bu bazarda son bir neçə ay ərzində durğunlaşma baş verib. 
 
Halbuki ilin əvvəlindən alıcı sayında və qiymətdə artım var idi. Belə ki, bu ilin əvvəlindən sentyabr ayınadək daşınmaz əmlak bazarında 7 faiz qiymət artımı qeydə alınmışdı.
 
Daşınmaz əmlak üzrə ekspert, M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov Gün.Az-a bildirib ki, sentyabr ayından təkrar mənzil bazarında evlərin qiyməti ayda orta hesabla 1%-ə yaxın düşür.
 
O qeyd edib ki, əgər dünya bazarındakı vəziyyət belə davam edərsə, yaxın aylarda da evlərin qiymətində azalma müşahidə ediləcək.
 
Ekspert qeyd edir ki, təkrar mənzil bazarında qiymətin azalması gələn ilin birinci rübünün  sonu, ikinci rübün əvvəlində daha çox müşahidə olunacaq.
 
O, hələlik ilkin mənzil bazarında qiymətin düşməsinin müşahidə olunmadığını, amma zamanla qiymətin bu bazarda da ucuzlaşmasının proqnozlaşdırıldığını bildirib:
 
“İlkin mənzil bazarı adətən belə vəziyyətdə gec reaksiya verir. Bu bazarda qiyməti stabil saxlamağa çalışırlar. Amma təkrar mənzil bazarında qiymətlərin azalması davam edəcəyinə görə ilkin bazarı da ardı ilə aparacaq”.
 
Əmlak bazarında qiymətin nə qədər ucuzlaşmasının proqnozlaşdırıldığına gəlincə isə ekspert hesab edir ki, bunu indidən demək bir az çətin olsa da, qiymətin tədricən düşəcəyi proqnozlaşdırılır.
 
Ekspert alıcı sayında da son üç ayda 30-35% azalma qeydə alındığını bildirib.
 
O, alıcı sayının kifayət qədər azaldığını və bundan sonra daha da azalmasının inandırıcı olmadığını qeyd edib.
 
“Adətən alıcıların sayı azalır, sonra isə qiymət düşür. Alıcı sayı kifayət qədər azalıb. Növbə qiymətindir”, -N.İbrahimov əlavə edib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.