Gənc Tamaşaçılar Teatrı mükafat təsis edib
11 dekabr, 2014 14:32
Teatrdan Gün.Az-a verilən məlumata əsasən, bu mədəniyyət ocağında fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və həvəsləndirilməsi məqsədilə teatrda ASSİTEJ-lə birgə yeni mükafat təsis edilib.
87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə 2015-ci il, 87-ci teatr mövsümünün sonunda mükafatlandırılacaq.