Xəbərlər

Azərbaycanda səfərdə olan italiyalı jurnalistlər AzərTAc-ın baş direktoru ilə görüşüblər
11 dekabr, 2014 14:31

AzərTAc-a istinadən xəbər verir ki, ANSA xəbər agentliyinin əməkdaşı Kristiana Missori, “Losservatore Romano” və “il Messagero” qəzetlərinin müxbiri Rossella Fabiani Azərbaycan mediası ilə sıx əlaqələr qurulmasına çalışdıqlarını qeyd ediblər.

Görüşdə bildirilib ki, AzərTAc və İtaliyanın ANSA agentliyi 2005-ci ildən əməkdaşlıq edir və hər iki agentlik Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində fəal qarşılıqlı əlaqələr yaradıb. Qonaqlara AzərTAc-ın keçdiyi inkişaf yolu, dünyanın nüfuzlu media təşkilatlarına inteqrasiyası haqqında məlumat verilib, onun 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik edəcəyi qeyd olunub.

Azərbaycanla çox maraqlandıqlarını deyən jurnalistlər ölkəmiz barədə mümkün qədər geniş məlumat toplamaq istədiklərini bildiriblər. İtalyan jurnalistlərin diqqətinə çatdırılıb ki, Şərqdə ilk parlament respublikası Azərbaycanda yaradılıb. İlk operanın müəllifi də azərbaycanlı bəstəkardır. 20 il əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu yolda böyük çətinliklərdən və sınaqlardan keçib. Ümummilli lider Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxarıb, ölkəmizin dirçəlişini təmin edib.

Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşdiyi, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, torpaqlarımızın 20 faizinin işğal edildiyi qonaqların diqqətinə çatdırılıb. Vurğulanıb ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edərək, regionun liderinə və beynəlxalq aləmdə söz, nüfuz sahibinə çevrilib.

Görüşdə ölkələrimiz arasında yaranmış sıx dostluq münasibətlərindən bəhs olunub, Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada bir sıra tarixi abidələrin bərpa edildiyi, Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində tədbirlər həyata keçirildiyi bildirilib. Həmçinin müasir media tendensiyaları, informasiya agentliklərinin etibarlı xəbər mənbəyi kimi rolu, sosial şəbəkələrin ənənəvi mediaya təsiri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.