Xəbərlər

Brüsseldə Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılıb
11 dekabr, 2014 14:27
 Belçikadakı səfirliyinə istinadən xəbər verir ki, yüzdən çox mütəxəssis Xəzər qazını Avropaya daşıyacaq infrastruktur layihəsini müzakirə etmək üçün bir araya gəlib.
 
Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin yüksək nümayəndələri, azərbaycanlı diplomatlar, eləcə də Avropa İttifaqı Komissiyasının enerji ittifaqı üzrə vitse-sədri Maroş Şefçoviç də iştirak ediblər.
 
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğu yanında səfiri, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Cənub Qaz Dəhlizinin (CQD) həyata keçirilməsi üçün Azərbaycanın qarşısında vacib öhdəliklərin durduğunu xatırladıb, layihə əsasında Aİ və Azərbaycan strateji-siyasi dialoqunun qurulacağına ümid etdiyini deyib. 
 
İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Klaudio De Vinçenti CQD-nin qlobal enerji idarəçiliyinə gözəl bir nümunə olduğunu vurğulayıb. 
 
M. Şefçoviç isə bir neçə gün öncə Azərbaycan rəhbərliyi ilə görüşüb CQD-ni müzakirə etdiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi layihəni prioritet olaraq görür və işlərin zamanında bitiriləcəyinə zəmanət verir. 
 
Şevçoviçin fikrincə, CQD regionda planlaşdırılan digər layihələr üçün təkan ola bilər. O, planlaşdırılan enerji ittifaqına ehtiyac olduğunu, bu ittifaqın yaradılması üçün əsil əlverişli bir anın gəldiyini vurğulayıb.
 
ARDNŞ-ın marketinq və sərmayələr üzrə sədr müavini Elşad Nəsirov Azərbaycanın Avropanın işıqlandırılmasına töhvə verməsindən qürur duyduğunu deyib.  Onun sözlərinə görə, CQD enerji nəqli layihəsinin fövqündə duran bir layihədir: “Bu, Azərbaycan-Avropa tərəfdaşlığından tutmuş, iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihə, super şosse yoludur. Çatdırılan qazın həcmi bütün Avropa miqyasında cüzi olsa da, spesifik regionlarda enerji təchizatı problemlərini kökündən həll edə bilər”. 
 
E. Nəsirovun fikrincə, layihənin ətraf mühitin qorunmasına ayırdığı diqqət də təqdirəlayiqdir. 
 
Görüşdə BP-nin CQD üzrə sədr müavini Co Mörfi və TAP icraçı direktoru Kyetil Tunqland da öz fikirlərini bölüşüblər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.