Azərbaycanda oyuna çıxartmağa futbolçu tapmayan klub cəzalandırıldı
10 dekabr, 2014 12:58
ilk 45 dəqiqədən sonra davam etdirilməyən “Ağsu” – “Lokomotiv” matçında baş verənləri araşdıran AFFA-nın İntizam Komitəsi qonaq komandanı cəzalandırıb.
“Lokomotiv” matçın ilkin protokolunda start heyətində 11 nəfərin adını göstərsə də, meydançaya 7 futbolçu ilə çıxıb. Oyunun gedişində paytaxt təmsilçisinin üzvlərindən biri zədələnib.
Bununla yetərsay təmin olunmadığından qarşılaşma davam etdirilməyib. Nəticədə “Lokomotiv” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.