"Xoxan" filmi təqdim edildi
10 dekabr, 2014 12:56
“Bu il Azərbaycanda bir çox kino ərsəyə gəlib. “Planeta Parni iz Baku”nun qoyduğu ənənəni biz davam etdiririk. “Xoxan” da film sahəsindəki inkişafa bir töhfə oldu”.
Təqdimetmədə sənət aləminin tanınmış simaları da iştirak edib. Film nümayiş olunduqdan sonra tanınmışlar ekran işi ilə bağlı fikirlərini bildiriblər.
Filmin prodüseri Zaur Mirzəzadə onlara dəstək olan hər kəsə təşəkkür edib:
“Çəkilişlərimiz 23 gün davam edib. Bilirik ki, işimizdə qüsurlar da var. İstəyirik, tamaşaçı onları tapıb bizi tənqid etsin. Buna hazırıq. Məqsədimiz milli kinomuzun inkişafında payımızın olmasıdır. Eyni zamanda, bölgələrimizdə də kinolara olan marağı artırmaq istəyirik”.
F.Xudaverdiyev çıxışında “Xoxan”ın türkiyəli aktyor və ssenarist Şəfəq Sezərin “Kutsal Damacana” (“Müqəddəs damdabaca”) filminə bənzədilməsinə münasibət bildirib:
“Hər bir işdə qüsur olur. Gəlin, bir-birimizi çox tənqid edib, baltalamayaq. “Xoxan”dakı epizodların əksəriyyətinə adıçəkilən filmdə rast gələ bilməzsiniz. Diqqətlə baxsanız, siz də görəcəksiniz ki, bunlar fərqli ekran işləridir”.
Qeyd edək ki, “Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir. Rejissor Samir Kərimoğlunun çəkdiyi bu filmdə rolları əməkdar artist Ələsgər Məmmədoğlu, aktrisa Nigar İbrahimova, aparıcı Şəhriyar Əbilov, blogger Aynur Hüseyn və başqaları canlandırıblar.