İsveçrə erməniləri növbəti dəfə rədd edib
10 dekabr, 2014 12:52
Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi Erməni Kültür Dərnəyinin tələbini rədd etməsinə dair qərarını Cenevrə kantonunun hökumətinə göndərib.
Qeyd edək ki, ermənilər, Cenevrədəki BMT parkı - “Ariana Park”da qondarma “erməni soyqırımı”na abidə qoyulmasını təklif edib. XİN bəyan edib ki, erməni diasporu təklifində israr edərsə, Cenevrə kantonun hökuməti abidənin şəhərin başqa yerində qoyulmasına qərar verə bilər.
Bu il oktyabrın 1-də də İsveçrə hökuməti ermənilərin qondarma “erməni soyqırımı” abidəsinin qoyulması təklifini rədd edib.