Cəlilabadda yol tikintisinə 6 milyon manat ayrıldı
09 dekabr, 2014 11:04
Qərara əsasən, 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,1 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
Sənəddə həmçinin bildirilir ki, Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin və Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.