Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 127-ci sessiyasına qatılır
09 dekabr, 2014 11:03
Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, sessiyada davamlılıq, etimad göstərmə və gənclər mövzularını özündə əhatə edən Olimpiya 2020 Gündəliyinin təqdim olunması nəzərdə tutulur.
Nazirlikdən bildirilib ki, sessiyada eyni zamanda gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyinə seçim prosesində, xüsusi ilə ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzun müddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya Proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr nəzərdə tutulur.
Bundan başqa, Olimpiya dəyərlərinin və idmanın il boyu dünyada təbliği məqsədi ilə Olimpiya TV kanalının yaradılması və s mövzular da sessiyada diqqət mərkəzində olacaq.