TRT-nin baş direktoru Bakıya gəlir
09 dekabr, 2014 10:59
TRT-nin Bakı Təmsilçiliyindən Gün.Az-a verilən məlumata görə, Türkiyə - Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində reallaşacaq görüşlərin Bakıda media idarəçiləri, akademiya, araşdırma və qurumlarında keçirilməsi nəzərdə tutulur.
Şenol Göka Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək “Media qanunu, etika və hədəflər’’ mövzulu toplantıda iştirak edəcək.
TRT Baş direktorunun Azərbaycan Prezident Administrasiyası İctimai Siyasi Əlaqələr Şöbəsinin Müdiri, Professor Əli Həsənovla görüşü də planlaşdırılır.
Ş. Göka səfər çərçivəsində AZTV, İTV və özəl Televiziya müdirləri ilə yanaşı, Azərbaycan Mətbuat Şurasının sədri ilə bir sıra görüşlər keçirəcək.
TRT Bakı təmsilçisi Yıldıray Arslanın verdiyi məlumata əsasən, ziyarət çərçivəsində iki ölkə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.
Səfər dekabrın 11-də başlayacaq və 13-də başa çatacaq.