Xəbərlər

Rusiya Azərbaycana dəmiryolu reyslərini dayandırır
09 dekabr, 2014 10:54
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları  Departamenti məlumat yayıb.
 
Bildirilib ki,  “Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən,  16.12.14-cü ildən etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti, iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları  Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər  sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından  həyata keçiriləcək.
 
Sərnişinlərin nəzərinə o da çatdırılır ki,  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə- hərəkətdə olacaq.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.