İlham Əliyev Tailand kralını təbrik edib
08 dekabr, 2014 10:35
“Əlahəzrət, Tailand Krallığının milli bayramı – təvəllüd gününüz münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və rifah diləyirəm”.