"Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, "Xəzər Lənkəran" qalib gəldi
08 dekabr, 2014 10:33
Turun açılış matçında "Qarabağ" və "Neftçi" komandaları üz-üzə gəlib. Oyunda hesab açılmayıb.
Bu matçdan sonra “Sumqayıt” - “Simurq” görüşü baş tutub. Hesabda geri düşən “Gənclər şəhəri” təmsilçisi daha sonra 2 qolvuraraq, oyunun taleyini həll etməyi bacarıb – 2:1.
“Bayıl Arena”da “Xəzər Lənkəran” “Qəbələ” ilə üz-üzə gəlib. Cənub klubu 3 xalı 3 qolla əldə edib. Matç Oğuz Çətinin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun son görüşü “İnter”lə AZAL arasında keçirilib. “Bankirlər” minimal hesabla qalib gəlib – 1:0.
Qeyd edək ki, bu tur “Bakı” istirahət edəcək.