Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib
08 dekabr, 2014 10:24
Lənkəranda motorlu qayıqla dənizə çıxmış 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Hadisə barədə nazirliyin qaynar xəttinə məlumat daxil olan kimi dərhal dalğıc-xilasedicilər hadisə yerinə cəlb olunub.
Batmaq təhlükəsi ilə üzləşənlər xilas ediliblər.