Klubun 60 kubokunu oğruladılar
08 dekabr, 2014 10:22
ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Londonun Milton Keynes qəsəbəsində baş verib.
6 oğru kubokların saxlandığı "Red Bull Rasinq"in fabrikinin qapısını ciplə qıraraq içəri giriblər. Yüksək səviyyəli təhlükəsizlik tədbirlərinə rəğmən içəri daxil olan oğrular 60 kubok aparıb.
"Red Bull Rasinq"in prezidenti Kristian Horner xəbəri təsdiq edib: "Kimin, niyə kubokları oğurladığını başa düşə bilmirəm. Bu kubokların bizim üçün böyük mənəvi dəyəri var. Aparılan bəzi kuboklar orjinal deyil, kopyalar olub".