Xəbərlər

İlham Əliyev Xətai rayonunda fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə tanış olub
04 dekabr, 2014 18:31

AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, dövlətimizin başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. 

Salınan yeni parklar və yaşıllıq zolaqları, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması, müasir iaşə obyektləri Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi məqsədinə xidmət edən əhəmiyyətli tədbirlərdəndir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, 150 metr uzunluğunda olan kompleks ən müasir tələblər səviyyəsində qurulacaq. Fəvvarələr və şəlalələr kompleksinin altında müasir texniki infrastruktur və idarəetmə mərkəzi yerləşəcək. 

Müxtəlif rəngli 700-dən artıq işıq effekti fəvvarələrə xüsusi yaraşıq verəcək. Kompleksin ətraf ərazilərində abadlıq və yaşıllaşdırma işləri aparılacaq, qranit plitələr döşənəcək, ən müasir işıqlandırma sistemi qurulacaq.

Fəvvarələr və şəlalələr kompleksində işlərin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.