Xəbərlər

Prosineçki: “Millidə yeni adlar olacaq”
04 dekabr, 2014 18:30
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında yığmamızın baş məşqçi postuna təsdiqlənən xorvatiyalı mütəxəssis Robert Prosineçki media nümayəndələrinin suallarını cavablandırıb.
 
O bildirib ki, ölkəmizə gəldiyi gündən Bakıdan, Azərbaycandan və futbolumuzdan razıdır:
 
“Gördüyüm oyunçular məni qane edir. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan futbolu irəli getsin. AFFA-nın prezidenti Rövnəq Abdullayevə də dedim ki, burada yaşayacam, ailəm Bakıda qalacaq. Bu, mənə çox kömək edəcək. Mətbuatla da əlaqəm yaxşı olacaq”.
 
Azərbaycanlı futbolçular haqqında danışan Prosineçki bildirib ki, burada istedadlı futbolçular var:
 
“Burada istedadlı futbolçular var, amma onların adlarını açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, istedadlı futbolçu az deyil. İlk növbədə, “Neftçi” və “Qarabağ” klublarında elə oyunçular var ki, onlar milliyə kömək edə bilərlər.
 
Vaxt gələcək ad çəkəcəyəm, amma bunu indi demək istəmirəm. Azərbaycanda futbolçu potensialı var”.
 
Prosineçki sonda gənc futbolçular haqqında danışıb:
 
“Hər futbolçunun millidə oynamaq imkanı var, eləcə də təcrübəlilərin. Hamısı ilə söhbət edəcəyəm. Təbii ki, millidə yeni adlar olacaq. Amma bu, o demək deyil ki, təcrübəlilərdən imtina edəcəyik. Futbolçulardan çox şey asılıdır, onlar özlərinə inanmalıdırlar”. 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.