Xəbərlər

Mərkəzdəki restoranlarda milli yemək qıtlığı
04 dekabr, 2014 18:29
Türkiyəli qonaq qeyd edir ki, Azərbaycan yeməkləri üçün getdikləri kafelərdə isə milli menyudan yalnız kabab verilib:
 
“Məni Azərbaycanın digər milli yeməkləri olan plov və dolmanı dadmaq üçün isə şadlıq evlərinə apardılar. Bu, məni çox təəccübləndirdi. Milli yeməklər nəyə görə turistlər çox olan yerlərdə deyil, kənarlardakı şadlıq saraylarında verilir?”.
 
Son dövrlərdə rast gəldiyimiz turistlərin çoxunun əsas şikayəti mərkəzdə yerləşən kafelərin əksəriyyətində milli mətbəxin olmamasıdır.
 
Hər bir xalqı tarixi, mədəniyyəti kimi milli kulinariyası da dünyaya tanıdır. Amma nədənsə bizim milli mətbəxin təqdimatı çox zəifdir.
 
Başqa xalqlar mətbəxlərinə daxil olan yeməkləri turistlərin çox olduğu yerlərdə təqdim etməkdə maraqlıdırlar. Bəs nəyə görə Azərbaycanda əksinədir?
 
Nədənsə Bakının mərkəzində yerləşən restoranların əksəriyyəti milli yeməklər dedikdə, yalnız kababı turistlərə təqdim edirlər. Bizim mətbəxin şah yeməyi sayılan plovu isə turistlərin çox olduğu mərkəzdə yerləşən bir-iki kafe istisna olmaqla əksər yerlərdə tapmaq çətindir.
 
Məsələ ilə bağlı Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, milli yeməklərin təbliği ilə bağlı çox işlər görmək lazımdır. Onun sözlərinə görə, təbliğat üçün elə ilk növbədə turistlərin gedə biləcəyi ərazilərdəki kafelərdə Azərbaycan milli yeməkləri menyuya salınmalıdır:
 
“Düzdür, bizim insanlar restoranlarda daha çox əcnəbi mətbəxin yeməklərini sifariş edirlər. Restoran sahibləri də tələb necədirsə, ona uyğun da təklif edirlər. Amma bizim milli yeməklərin də təbliği nəzərə alınmalıdır. Menyuda milli yeməklər də olmalıdır. Əgər azərbaycanlıyamsa, şəhərin mərkəzində restoran açmışamsa, milli mətbəximizin təbliğini də nəzərə almalıyam. Restoranımda Azərbaycan xörəklərini də təqdim etməliyəm. Çünki digər xalqlar ilk olaraq öz yeməklərini təqdim edirlər. Təəssüf ki, bizdə belə deyil”.
 
Milli Kulinariya Mərkəzinin direktoru “Milli mətbəx mədəniyyəti (“Kulinariya haqqında”) haqqında” qanunun qəbulundan sonra milli mətbəxin təbliğində irəliləyiş olacağına ümid etdiyini bildirib.
 
Qanun layihəsini hazırlayan Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayevabildirib ki, bu qanun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan Milli Mətbəx Mədəniyyətinin qorunub-saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
 
Millət vəkili qeyd edib ki, qanun layihəsinin 9-cu maddəsinə görə Turizm xidmətləri sahəsində Milli Mətbəx nümunələrinin istifadəsi və təbliği dövlət tərəfindən  stimullaşdırıla bilər:
 
“Layihənin 6-cı maddəsinə görə isə müvafiq icra hakimiyyəti (nazirlik) müxtəlif tədbirlər həyata keçirə bilər. Məsələn, müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin dəstəklənməsi nəzərdə tutula bilər. Yəni qanun milli yeməklərin təbliği üçün müəyyən əsaslar verir.
 
Eyni zamanda Beynəlxalq səviyyədə Milli Mətbəx Mədəniyyətinin təqdim edilməsi və təbliğini təmin edən tədbirlərin görülməsi, Milli Mətbəx Mədəniyyətinin təbliği sahəsində xüsusi xidmətləri və töhfələri olan şəxslərin maddi və mənəvi həvəsləndirilməsi, müvafiq sahədə peşəkar kadrların hazırlanmasına dəstək, xarici dövlətlərdə yaradılmış Azərbaycan Mədəniyyət mərkəzlərində Milli Mətbəx Mədəniyyətinin təbliği və bunun təbliği üçün ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində məşğələlər və dərnəklər təşkil edilməsi kimi məsələlər də layihədə nəzərdə tutulur”.
 
Millət vəkili qeyd edib ki, bu sahədə bütün tədbirlər Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətinə aid ediləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.