Magistral yolda insanları təhlükəyə atan mənzərə
04 dekabr, 2014 18:27
Meşə materialı daşıyan yük maşınının kuzovunda minik maşını görənlərin təəccübünə səbəb olub. Belə ki, minik maşını heç bir təhlükəsizlik tədbiri görülmədən meşə materiallarının üzərində aparılırmış.
Bu mənzərəni görən sürücülər sürəti azaldaraq bu təhlükəli vəziyyətdən uzaq qalmağa çalışıb və ya sürətlə həmin yük maşının yanından keçib. Hadisə şahidləri isə polisin bu vəziyyətə müdaxilə etmədiyini bildiriblər.