Nazirlik beş mehmanxanaya lisenziya verdi
04 dekabr, 2014 18:26
Nazirliyə istinadən xəbər verir ki, mehmanxanaların ikisi Bakı şəhərində, qalanları isə İsmayıllı, Zaqatala və Qəbələ rayonlarında yerləşir.
Beləliklə, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 306-a çatıb.