Xəbərlər

İrəvanda ictimai fəalların maşınları kütləvi şəkildə yandırılıb
01 dekabr, 2014 10:34

Yandırılan maşınlardan 5-i “Predparlament” hərəkatının üzvlərinə məxsus olub və hamısı gecə saat 4-5 arasında yandırılıb.

Əmlakına zərər vurulanlar etirazlarını bildirmk üçün İrəvan şəhər polis idarəsinin qarşısına toplaşıblar. Zərərçəkmiş Vartan Akopyan deyib ki, maşınların hamısı oxşar üsulla yandırılıb: “Bu isə hadisəni eyni cinayətkar qrupun törətdiyini deməyə əsas verir. Karo Engikyanın maşınından başqa digər maşınların hamısının arxa təkərinə maye tökərək yandırıblar. Ona görə arxa təkəri yandırırlar ki, benzin çəni və ya qaz balonu partlasın və maşın tamamilə yansın”.

Onun dediyin görə, maşınlardan biri Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin, digəri polisin idarəsinin binasının qarşısında, qalanları isə həyətlərdə yandırılıb.

V. Akopyan bildirib ki,  maşınların üstündə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıb. Həmin maşınlar bir həftə öncə İrəvanda keçirilmiş “Rejimsiz yüzillik" etiraz yürüşünə də qatılıblarmış: “Ermənistan xan rejiminin total nəzarəti altındadır.  Bu hadisələri də kriminal elementlərlə çulğaşmış Ermənistan rejimi törədir. Rejim bununla üsyana qalxmış vətəndaşı qorxutmaq istəyir”.

Erməni müxalifətçiləri törədilmiş hadisədə polisi və xüsusi xidmət orqanlarını ittiham ediblər. Onlar buna sübut kimi polisin müraciətlərini diqqətə almamasını və araşdırma aparılmamasını göstəriblər.

İrəvan polisindən isə hadisənin araşdırıldığı bildirilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.