Moldova Mərkəzi Seçki Komissiyası parlament seçkilərini baş tutmuş sayıb
01 dekabr, 2014 10:34
AzərTAc-a istinadən xəbər verir ki, seçkilərdə 29 siyasi partiya, bir seçki bloku və dörd müstəqil namizəd iştirak edir.
Saat 15:30-a olan vəziyyətə görə, seçicilərin 39,21 faizi səs verib.
Moldova Mərkəzi Seçki Komissiyasının sədri Yuriye Çokan keçirdiyi brifinqdə bildirib ki, ölkədə parlament seçkiləri baş tutub.
Qanunvericiliyə görə, seçkilərin baş tutmuş sayılması üçün seçicilərin üçdə bir hissəsindən bir qədər çoxunun səsvermədə iştirak etməsi lazımdır.