“Sent-Etyen”in baş məşqçisindən tərbiyəsizlik
28 noyabr, 2014 13:46
“Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye matçın ikinci hissəsində yerdə qalan “Qarabağ”ın hücumçusu Vüqar Nadirova tüpürüb.
48 yaşlı məşqçi hətta texniki zonanı tərk edərək yan xəttin üzərinə qədər gəlib. V.Nadirov da Qaltyenin bu hərəkətinə öz etirazını bildirib.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan oyunda “Qarabağ”ın yeganə qolunu məhz Vüqar Nadirov vurub. Millimizin üzvü matçın 15-də dəqiqəsində hesabı açıb.