Xəbərlər

“Təmiz Şəhər” ASC təmiz texnologiyaların tətbiqinə görə mükafata layiq görülüb
28 noyabr, 2014 13:41

Mükafatı “Təmiz Şəhər” ASC-yə Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” Beynəlxalq Sənaye Konfransı çərçivəsində təşkil olunmuş sənaye müəssisələrinin mükafatlandırılması mərasimində İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev təqdim edib.

BBMTYZ-də məişət tullantıları ətraf mühiti çirkləndirmədən yandırılır və əldə edilən istilik enerjisindən elektrik enerjisi istehsal olunur. Bu müəssisədən alınan enerji ilə təxminən Sumqayıt şəhərinin əhalisini elektriklə təmin etmək mümkündür.

Sənaye müəssisələrinin mükafatlandırılması mərasimində aqrar, qida, yüngül, ağır və mebel sənaye sahələrinin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi, tikinti materiallarının istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, sənaye sahəsinə irihəcmli investisiya qoyuluşu, regionlarda rəqabətqabiliyətli istehsalın qurulması, ixracyönümlü avadanlıq istehsalının inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində fərqləndiklərinə görə ümumilikdə 23 yerli şirkət mükafata layiq görülmüşdür. 

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilmişdir. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.