Tatlısesi öldürməyə cəhd edən şəxsə 36 il iş verildi
28 noyabr, 2014 13:40
Tatlısesi güllə ilə başından vurmaqda şübhəli bilinən Abdullah Uçmak barəsində məhkəmə 36 il həbs qərarı verib.
Abdullah Uçmakın həbs qərarı barədə Apelyasiya şikayəti verilsə də daha əvvəl verilən qərar qüvvədə saxlanılıb.
Xatırladaq ki, İbrahim Tatlıses 2011-ci il martın 14-də "İbo Show" proqramının çəkilişlərindən çıxarkən silahlı hücuma məruz qalmışdı. Avtomat silahla ağır yaralanan Tatlısesin müalicə prosesi bu gün də davam edir.