Xəbərlər

İlham Əliyev Qvatemalanın, Filippinin və Tailandın Azərbaycana yeni təyin olunan səfirlərinin etimadnamələrini qəbil edib
27 noyabr, 2014 10:40

AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, səfir Maria Rovena Mendoza Sançez fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Maria Rovena Mendoza Sançez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançez Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışan səfir xalqlarımızın ümumi dəyərlərə malik olduğunu məmnunluqla qeyd etdi.

Azərbaycan ilə Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. 

Dövlətimizin başçısı Prezident III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi. 

Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.

Səfir Herbert Estuardo Meneses Koronado fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Herbert Estuardo Meneses Koronado etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı. 

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Fövqəladə və səlahiyyətli səfir Herbert Estuardo Meneses Koronado Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlətimizin başçısına çatdırdı. 

O, ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini dedi. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Otto Fernando Perez Molinaya salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvatemala Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi. 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın etimadnaməsini qəbul edib.

Səfir Maria Tharit Çarungvat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tharit Çarungvat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı.

Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.