Fransız məşqçi: “Azərbaycanlılar üzərində qələbə çox lazımdı”
27 noyabr, 2014 10:37
Qaltye “Qarabağ” üzərində mütləq qələbə qazanmalı olduqlarını dilə gətirib.
“Bizə azərbaycanlılar üzərində qələbə çox lazımdır. Ard-arda beşinci heç-heçə barədə heç düşünmürük. Qarşımıza müəyyən məqsədlər qoyulub, bunları yerinə yetirməliyik”, - deyə Qaltye bildirib.
Komandalar arasında qarşılaşma sabah Fransada keçiriləcək.
“Qarabağ” “Sent-Etyen”, “Dnepr” və “İnter” klubları ilə bir qrupda çıxış edir. Hazırda liderlik “milanlılar”a məxsusdur (8 xal). Digər üç komandanın hər birinin 4 xalı var.