“Kinoklub”un birinci tədbiri baş tutub
26 noyabr, 2014 10:35
Tədbir iştirakçıları Teymur Hacıyevin “Yara” filmini izlədikdən sonra maraqlı diskussiya keçiriblər.
Dəvət olunmuş qonaqlar arasında sosial şəbəkədə populyar olan gənc şairə Əsli Dilbazi, aktrisa Aydan Axundzadə, gənc yazıçı Camal İsmayıllı, KİV nümayəndələri və ideya müəllifi Zəhra Bədəlbəyli olublar.
İlk tədbiri uğurlu keçmiş “Kinoklub” hər həftə və ya iki həftədən bir fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, layihənin məqsədi – gənclərdə kinematoqrafa marağın artırılması, filmlərin müzakirəsi və tanınan rejissorlarla bərabər sənətə yeni addım atanlara dəstək olmaqdır.