Xəbərlər

Evdə təhsilə cəlb olunan uşaqların valideynlərinə dövlət vəsait ayıracaq
26 noyabr, 2014 10:32
Bununla bağlı Milli Məclisin (MM) Sosial siyasət komitəsinin noyabrın 26-da keçirilən iclasında “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.
 
Sözügedən komitənin sədri Hadi Rəcəblininbildirdiyinə görə, qanuna əlavə edilən 26.3-1.-ci maddədə deyilir ki, “Evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün bu qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş həcmdə vəsait ayrılır”.
 
Qanundakı 26.3.-cü maddə isə bundan ibarətdir: “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müvafiq icra hakimiyyəti orqanın müəyyənləşdirdiyi həcmdə vəsait ayrılır”.
 
Komitə sədri onu da deyib ki, “xüsusi təhsil” deyilərkən xüsusi müəssisələrdə, “evdə təhsil” deyilərkən evdə verilən təhsil nəzərdə tutulur.
 
Qısa müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.