Xırdalana elektrik qatarı çəkiləcək
26 noyabr, 2014 10:24
Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Onun sözlərinə görə, bu layihə üzərində işlər aparılır:
“Bu böyük layihədir və kifayət qədər maliyyə tələb edir. Araşdırma aparılır. Texniki-iqtisadi əsaslandırma ilə paralel layihənin qiymətləndirilməsi həyata keçirilir.
Aidiyyatı qurumlarla razılaşdırıldıqdan sonra bu məsələ həllini tapacaq".