BMT Azərbaycanda sənayenin inkişafına kömək edəcək
27 noyabr, 2014 10:22
Sənəd Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı çərçivəsində imzalanıb.
Sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və UNIDO rəsmisi M.-L.Daoi imzalayıblar.
Sənəd 2014-2018-ci illərdə əməkdaşlığı əhatə edir. UNIDO-nun baş katibi Li Yonqun tədbir iştirakçılarına ünvanlanmış video müraciətində bildirib ki, sənəd Azərbaycan sənayesinin daha da inkişafına səbəb olacaq. Onun sözlərinə görə, çərçivə proqramı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına da dəstək verəcək.