Xəbərlər

Robert Prosineçki: "Danışıqlar alınsa, Azәrbaycanda yaşayacam"
25 noyabr, 2014 14:31

"Mәni ölkənizdə yaxşı qarşıladılar. Oyuna da baxdım. Zövq aldım. Digәr mәsәlәlәri dә danışacağıq”.

Gün.Az xəbər verir ki, bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki deyib.

AFFA ilə danışıqlar üçün ölkəmizə gələn və bu gün Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçını (2:2) izləyən xorvatiyalı mütəxəssis oyun haqda bunları deyib: “İlk yarıdan çox razı qaldım. İkinci hissәdәn isə tam yox. Belә derbi oyunda 4 qırmızı vərəqə görmәmişdim. Millinin bas məşqçisi olmağım isə hələ bilnmir. Bir neçә gün Azərbaycanda olacam. Danışıqların necə nəticələnəcəyi sonra müəyyənləşəcək. Şərtlər barədə isə danışmaq fikrim yoxdur”.

R. Prosineçki bildirib ki, danışıqlar müsbət yekunlaşarsa, Azərbaycanda qalıb yaşayacaq: “Sabah aşağı yaş qruplarından ibarət komandaların oyunlarını izləyəcəm. Mən səbəbsiz yerə müqaviləni pozmuram. “Kayserispor”la aramızda problem var idi. Azərbaycanda isə belə olmayacaq. “Qarabağ”ın “Sent Etyen”lə oyununu izləmək üçün Fransaya gedəcəyəm”.

O həmçinin yığmamızın Xorvatiyaya 0:6 hesabı ilə uduzduğu oyundan da danışıb: “Komandanız həmin görüşdə yaxşı oynamadı. Xorvatiya yığmasının qapınıza bütün zərbələri qol oldu. Yığmanız İtaliya və Bolqarıstana qarşı da yaxşı çıxış edə bilməmişdi. Komandada potensial var, inanıram ki, bundan sonra yaxşı olacaq”.

R. Prosineçki əzəli rəqiblərin görüşündə bəzi futbolçuları bəyəndiyini söyləyib: “1-2 gün də gözləyin, bundan sonra bilinəcək ki, yığmanın baş məşqçisi olacam, yoxsa yox. AFFA prezidenti Rövnəq Abdullayevlə bəzi məsələlər haqda danışmışıq. Futbolçuların aqressiv çıxışı xoşuma gəldi. Eləcə də bəzi futbolçuları bəyəndim. Amma təbii ki, belə intizamsız oyun məni narahat etməyə bilməz. Qırmızı vərəqələr oyuna təsir etdi”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.