SSRİ və Rusiya tarixində əvəzolunmaz iz qoyan Tixonov uzun sürən xəstəlikdən sonra bu gecə ölüb. Milli və MOİK-dən tanınan əfsanə 1977-1991-ci illərdə SSRİ, 1992-ci ildə MDB, 1992-1994 və 2003-04-cü illərdə Rusiya yığmasının, 1977-1996 və 2002-04-cü illərdə “hərbçilər”in "sükanı arxası”nda olub.
Baş məşqçi kimi 3 dəfə Olimpiya (1984, 1988, 1992), 8 dəfə dünya (1978, 1979, 1981, 1982, 1983, 1986, 1989, 1990), 13 dəfə SSRİ (1977—1989) çempionu olan Tixonov 14 dəfə MOİK-lə Çempionlar kubokunun qalibi olub. Bundan başqa o 1953-63-cü illərdə Moskva və 1968-77-ci illərdə Riqa "Dinamo”sunda çalışıb.
Saysız-hesabsız orden və medalları olan rusiyalı 51 illik məşqçilik karyerasında yüzlərlə əfsanəni yerişdirməkdə, Kanada və ABŞ hokkeyçilərinə meydan oxuya bilən kollektiv yaratması ilə də ad çıxarıb.