Xəbərlər

“Səsimdən yapış” adlı yeni tamaşanın premyerası olub
24 noyabr, 2014 12:28

tanınmış yazıçı Kamal Abdullanın “Bir... iki... bizimki...” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir.

Tamaşada YUĞ Dövlət Teatrının aktyorları əməkdar artistlər Məmməd Səfa (Kişi), Gülzar Qurbanova (Qadın), İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ceyhun Əliyev (Oğlan səsi), Solmaz Məmmədova (Qız səsi) və Şəbnəm Cəbrayılova (Qadın səsi) çıxış ediblər.

Tamaşada vurğulanır ki, ölməyə qərar vermək, həyatdan əl çəkə bilmək çətin sınaq olmaqla bərabər, həm də mürəkkəb psixoloji bir durumdur. Bu zaman insan bütün keçmişini, bu gününü, gələcəyini saf-çürük, təftiş etməyə can atır. Bu ağır və üzücü bir yolu istəsən də, istəməsən də sən də getmək zorundasan. Çünki həyat davam edir, insan anbaan ölümə yaxınlaşır. Ölüm haqdır, ondan qaçmaq mümkünsüz.

Bu səhnə əsərinə baxan hər bir tamaşaçıda - nədir bizi bu həyata bağlayan, yaşamaq eşqi, nəyə çatmaq uğrunda çarpışırıq kimi olduqca düşündürücü suallar yaranır. Bu və ya digər suallarla tamaşaçını həyat həqiqətləri, özü və yaşadığı dünya haqqında düşünməyə vadar edən bu səhnə əsəri insanı həm də mənən kamilliyə səsləyir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.