Aydın Mirzəzadə: “Qəhrəmanımız sadə və mətin bir oğlandır”
24 noyabr, 2014 12:26
“Qəhrəmanımız sadə və mətin bir oğlandır. Söhbətindən Azərbaycan ordusunda əsgər, mütəxəssis və zabitlərin yüksək hərbi hazırlığının daima diqqət edildiyinə şahid oldum”, - deyə, qeyd edən millət vəkilinin yazdığına görə, Ermənistan helikopteri öz cəzasızılığınıa ümid bəsləyərək əvvəllər də Azərbaycan mövqeyi üzərindən uçubmuş, ancaq bu dəfə öz cavabını alıb:
“Cəbhə xəttində mövqelərimizin möhkəm olduğunu əminliklə dedi.
Cəbhə xəttində hərbi qulluğa könüllü getdiyini bildirdi. Onların kəndindən çox sayda gənc bu gün ordu sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir və zabit kimi qulluq çəkir.
Ailələrindən çox xoşum gəldi. Zəhmətkeş insanlardır, övladlarını halal çörəklə böyüdüblər. Babası Nehmət kişi isə “Nəvəm mənə oxşayıb, mənim qanımdır” dedi”.