Azərbaycanda şərab istehsalının həcmi açıqlandı
24 noyabr, 2014 12:23
Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, üzüm şərabı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 70,5 artıb.
Şampan şərabı istehsalında isə əksinə 24 faiz azalma müşahidə edilib.
Statistikaya əsasən bu müddətdə brendi (konyak) istehsalı 71,5 faiz artaraq 137,7 min dkl olub. Araq istehsalı 5,7 faiz azalaraq 604,2 min dkl, pivə istehsalı isə 2,3 faiz azalma ilə 4 mln. 831,1 min dkl təşkil edib.
Statistikaya əsasən cari ilin ilk on ayı ərzində ölkədə 25 mln. 342 min dkl alkoqolsuz içki istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə 7,1 faiz artım deməkdir.