Jalə Əliyeva məktəblilərə teatr üçün abonementlərin verilməsinin bərpasını təklif edib
20 noyabr, 2014 14:56
O qeyd edib ki, onsuz da ədəbiyyatdan, qiraətdən, ciddi sənətdən getdikcə uzaqlaşan yetişməkdə olan yeni nəsil, teatr mədəniyyətini də unutmağa başlayır.
“Ona görə bir daha təklif edirəm ki, Mədəniyyət və Turizm Nazirliyinə və yaxud Təhsil Nazirliyinə bu problemin həlli üçün büdcədən əlavə maliyə ayrılsın. Bu kifayət qədər cüzi bir rəqəmdir və hesab edirəm ki, güclü büdcəmizdən bir miqdar vəsait ayırmaq hesabına böyüməkdə olan böyük bir nəslin zövgünün,mənəviyyatının formalaşmasında böyük rol oynaya bilərik”.